NAYORA-ya üzv təşkilatların növbəti görüşü baş tutub
NAYORA-ya üzv təşkilatların növbəti görüşü baş tutub.
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və üzv təşkilatların nümayəndələrinin bir araya gəldiyi tədbirdə Gənclərin Həmrəyliyi İctimai Birliyi də iştirak edib.
Görüş çərçivəsində mövcud fəaliyyətlər, icra olunan təşəbbüslər, eləcə də gələcək planlar və yeni layihə ideyaları barədə müzakirələr baş tutub. Həmçinin gənclər təşkilatlarına dəstəyin artırılması və birgə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparılıb.