Ana səhifə · Bütün xəbərlər

Gənclərin Həmrəyliyi İctimai Birliyi Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olmuşdur

Gənclərin Həmrəyliyi İctimai Birliyi Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olmuşdur

Əziz gənclər,

Sizinlə növbəti uğurumuzu bölüşməkdən qürur duyuruq!

Gənclərin Həmrəyliyi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibi olmuşdur.

Müsabiqə çərçivəsində qalib olan “Süni İntellekt və Gələcəyin İş Dünyası: Gənclərin İdeatonu” layihəsi yaxın zamanda start götürəcək.

Layihə haqqında ətraflı məlumat əldə etmək və yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə hesablarımızı izləməyə davam edin.