Yaxın zamanda “Data ABC” təlim kursu start götürəcək
Əziz gənclər,
Sizə yeni xəbərimiz var!
Yaxın zamanda “Data ABC” təlim kursu start götürəcək!
Bəs bu kurs kimlər üçündür?
- 17–24 yaş aralığında olan gənclər;
- Karyerasını data analitikası sahəsində qurmaq istəyənlər;
- Data analitika sahəsində tamamilə biliyə sahib olmayan və ya çox az bilənlər.
Başlanğıc səviyyə üçün nəzərdə tutulmuş sürətləndirilmiş təlim kursunda iştirak etməklə siz data analitikanın əsaslarını öyrənəcək və praktiki bacarıqlar əldə edəcəksiniz.
Proqramın müddəti: avqust–sentyabr, 2026
Son müraciət tarixi: 28 avqust, 12:00
Məkan barədə məlumat yalnız iştirakı təsdiqlənmiş şəxslərə göndəriləcək.
Proqramda tam iştirak edən şəxslərə elektron sertifikat təqdim olunacaq
Əlaqə saxlanıldığı və WhatsApp qrupuna əlavə olunduğunuz halda iştirakınız təsdiqlənmiş sayılır.
Qeydiyyat üçün link bio-da yerləşdirilmişdir.
Yerlər məhdud saydadır.